Nazir: “Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq”

22:45 - 18 İyul 2017

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Samtredia” – “Qarabağ” oyununu izləyənlər arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də var.

 

O, matçın fasiləsi zamanı Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:

 

- Cənab nazir, ilk hissə ilə bağlı fikirləriniz necədir?

Ezamiyyətlə bağlı Gürcüstana gəlmişəm. Tbilisidə oyun olduğunu bildikdən sonra bu matçı qaçırmamaq qərarına gəldim. İlk oyunu izləmişdim və “Qarabağ”ın böyükhesablı qələbəsindən sonra sevincimizin həddi-hüdudu yox idi. Düşünürəm ki, ötən həftə baş tutan görüş “Qarabağ”ın yüksək səviyyəli komanda olduğunu sübut etdirdi. Hazırda izlədiyim oyundan da ləzzət alıram, baxımlı hücumlar qururlur. Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq. Bundan sonra müasir Azərbaycan futbolunun tarixində yeni səhifə açılacaq. Futbol Azərbaycanda sevilən oyundu, dövlət tərəfindən bu oyuna qayğı göstərilir. Bircə arzum odur ki, komandanın tərkibində azərbaycanlı futbolçuların adına daha çox rast gələk. Bizim istəyimiz odur ki, Azərbaycandan olan futbolçular öz oyunu ilə dünyaya səs salsınlar.

 

- Ümumiyyətlə, siz özünüz hansı komandaya azarkeşlik edirsiniz?

- Hansı komandaya azarkeşlik etdiyimi deyə bilmirəm. Amma çalşıram ki, xaricdə baş tutan maraqlı oyunları stadiondan izləyim. Həmişə alman futbol məktəbinə üstünlük vermişəm. Hesab edirəm ki, bu, dünyada ən yaxşı futbol məktəblərindən biridir. Nəzərə alsaq ki, mən, keçmişdə İdman və Turizm naziri idim. Ona görə də Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Bundan sonra da komandalarımızın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm. 

Xəbər xətti