"Beşiktaş"ın futbolçusu 6 aylıq sıradan çıxdı

18:54 - 28 İyul 2017

Yeni mövsümə İspaniyada hazırlaşan Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Atınç Nukan səhər məşqində ciddi zədə alıb. 24 yaşlı futbolçunun dizindəki çarpaz bağları qopub. Yaxın günlərdə əməliyyat olunacaq Nukan 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, 2015-ci ildə “Leyptsiq”ə transfer olunan futbolçu iki movsümdür “Beşiktaş”da icarədə əsasında çıxış edir.

Xəbər xətti