"Beşiktaş"da yeni müqavilə

16:37 - 3 Avqust 2017

"Beşiktaş"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" təcrübəli futbolçularından olan Nəcip Uysalla yeni sözləşmə imzalayıb. Müqaviləyə əsasən 26 yaşlı yarımmüdafiəçi 2021-ci ilədək "ağ-qaralar"ın uğurları üçün tər tökəcək.

 

Qeyd edək ki, Nəcip Uysal "Beşiktaş"ın yetirməsidi. O, İstanbul təmsilçisinin heyətində 254 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti