"Səbail" Zaqatalaya gedir

12:35 - 4 Avqust 2017

I Divizionda yeni mövsümə hazırlaşan “Zaqatala” klubu məşqlərini davam etdirir. Sportal.az xəbər verir ki, klubdan verilən məlumata görə, Şaban Şirdanovun yetirmələri iki yoldaşlıq oyunu keçirəcək.

 

Hər iki oyunda “Zaqatala”nın rəqibi “Səbail”in U-19 komandası olacaq. Birinci görüş avqustun 6-da, ikinci isə avqustun 12-də baş tutacaq.

 

Qeyd edək ki, oyunlar Zaqatala Olimpiya Kompleksinin stadionunda keçiriləcək. 

Xəbər xətti