Millimizin forvardı açılış matçında 90 dəqiqə oynadı VİDEO

02:22 - 12 Avqust 2017

Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyununda əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

 

Start heyətdə meydana çıxan Dəniz sonadək mübarizə aparıb. Ozanın adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

 

Xəbər xətti