Sonq işinə qayıtdı

19:33 - 22 Avqust 2017

Bir vaxtlar Kamerun yığmasının kapitanı olmuş Riqober Sonqun səhhətindəki problem aradan qalxıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin oktyabr ayında beyninə qan sızan afrikalı sağalaraq Kamerun yığmasındakı işinə qayıdıb.

 

Millinin məşqçisi olan 41 yaşlı mütəxəssis artıq özünü gümrah hiss etdiyini bildirib. O, xəstə olduğu müddətdə dünyanın müxtəlif yerlərindən ona diqqət göstərildiyinə görə sevindiyini bildirib:

 

“Bunu sözlə ifadə etmək çətindi. Mənə görə dua edən hər kəsə təşəkkür edirəm”.  

 

Qeyd edək ki, Sonq futbolçu kimi “Liverpul”, “Vest Hem”, “Lans”, “Qalatasaray”, “Trabzonspor” kimi komandaların şərəfini qoruyub.

Xəbər xətti