Qurban Qurbanov: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"

23:02 - 24 Avqust 2017

“Qarabağ” Çempionlar Liqasının C qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klublarıyla mübarizə aparacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqiblər haqda öz fikirlərini bildirib:

 

"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”. 

Xəbər xətti