Robert Prosineçkinin mətbuat konfrasının vaxtı açıqlandı

14:26 - 31 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sentyabrın 4-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq matçdan bir gün öncə hər iki yığmanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

 

Sentyabrın 3-də saat 18:45-də qonaqların baş məşqçisi Pyerancelo Manzarolinin mətbuat konfransı təşkil olunacaq. 19:30-da isə San Marino millisi ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq.

 

Saat 20:30-da isə millimizin baş məşqçisi Robert Prosineçki media nümayəndələrinin suallarını cavablandıracaq. Yarım saat sonra isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.

 

Hər iki yığmanın məşqi, həmçinin mətbuat konfransı 8-ci km qəsəbə stadionunda keçiriləcək. 

Xəbər xətti