"Dəniz Yılmazın oyunu, komandaya adaptasiya olması məni məmnun etdi"

13:39 - 4 Sentyabr 2017

Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" aşağı liqa təmsilçisi "Sakaryaspor"u 4:1 hesabı ilə məğlub edib.

 

Qarşılaşmadan sonra bursalıların baş məşqçisi Pol Le Quen komandasının çıxışını dəyərləndirib. O, bu görüşün Dəniz Yılmaz və digər 2 futbolçu üçün fürsət olduğunu deyib:

 

"Komandamın mübarizəsi və qazanılan böyükhesablı qələbə məni məmnun etdi. Mövsümün əvvəlində bizimlə birlikdə olmayan və hələ ritmi tutmayan Kembo Ekoko, Dəniz Yılmaz və Delarqe üçün fürsət oldu. Onların oyunları, komandaya adaptasiya olmaları məni məmnun etdi". 

Xəbər xətti