Eratlı "Duysburq" səfərdə coşdu

11:51 - 10 Sentyabr 2017

Almaniya II Bundesliqasında 5-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" səfərdə "Arminiya Bilefeld"in qonağı olub. Matç qonaqların 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Erat bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 5 turdan sonra aktivində 7 xal olan "Duysburq" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti