AFFA-dan Ayxan Abbasova xəbərdarlıq

14:45 - 13 Sentyabr 2017

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

Azərbaycan Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaqdır.
 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qəbələ" – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter" – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. 

Xəbər xətti