"Neftçi"də şok itki: "Zirə"yə qarşı oynamayacaq

13:40 - 16 Sentyabr 2017

"Neftçi”nin qapıçısı Səlahət Ağayev zədələnib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Zirə” ilə oyunöncəsi məşqdə qasıq nahiyəsindən zədə alıb. Hazırda müayinə olunan qolkiperin zədəsinin ciddiliyi yaxın günlərdə dəqiqləşəcək. Futbolçunun bugünkü qarşılaşmanı buraxacağı dəqiqdir.

 

Qeyd edək ki, digər zədəli futbolçu Elnur Cəfərovun da adı "Zirə” ilə oyunun iştirak ərizəsinə salınmayacaq.

Xəbər xətti