"Real"da ciddi itki

16:35 - 21 Sentyabr 2017

Madrid "Real"ının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun braziliyalı müdafiəçisi Marselo sıradan çıxıb. "Sambaçı" İspaniya La Liqasının 5-ci turunda “Betis”lə matçda (0:1) zədələnib.

 

Braziliyalı futbolçunun mövqeyində çıxış edən Teo Ernandesin də zədəli olması və ən azı 2 həftə sonra yaşıl meydanlara qayıdacağı “Real”ın məşqçilər korpusunu əsas narahat edən məqamlardandı.

 

Xatırladaq ki, “Real”ın futbolçularından Kərim Benzema, Xesus Valyexo və Mateo Kovaçiç də hazırda zədəlidi.

Xəbər xətti