Fatih Terim İran çempionatına keçə bilər

23:55 - 21 Sentyabr 2017

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim İran çempionatında karyerasını davam etdirə bilər.


Sportal.az xəbər verir ki, İranın köklü klublarından “İstiqlal” təcrübəli mütəxəssislə rəsmən maraqlandıqlarını açıqlayıb.


Boş qalmış baş məşqçi postuna ilk namizədin Fatih Terim olduğu bildirilir.


Qeyd edək ki, bu mövsüm Tehran klubu 7 oyuna çıxıb və 5 xalla turnir cədvəlinin aşağı pillələrində yer alır.

 

 

Xəbər xətti