Rauf Əliyev "Kukesi"nin qələbəsində pay sahibi oldu VİDEO

00:32 - 25 Sentyabr 2017

Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” doğma meydanda “Laçi” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 3:0.

 

Millimizin üzvü start heyətdə oyuna başlayıb. O, komandasının qələbəsində də xüsusi pay sahibi olub. Belə ki, 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib. Rauf 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti