"Qalatasaray"da şok itki: 2 həftə oynamayacaq

15:11 - 26 Sentyabr 2017

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Tolqa Ciyərçi sıradan çıxıb. Sağ ayağından zədə alan futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

"Konyaspor" və "Karabükspor"la matçları buraxacaq olan Türkiyə millisinin üzvü Super Liqanın 9-cu turunda "Fənərbaxça" ilə keçiriləcək derbiyə kimi hazır olacaq.

 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi Super Liqanın geridə qalan 6 turunda 5 qolla yadda qalıb.

Xəbər xətti