Gəncə şəhər stadionu hazır vəziyyətdə FOTO

16:55 - 13 Oktyabr 2017

Gəncə şəhər stadionunun əsas meydanının yenilənməsi prosesi başa çatıb.

 

Sportal.az xəbər verir ki, may ayının əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.

 

SİS şirkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydan təhvil verilib.


Bununla bağlı SİS şirkətinin əməkdaşı Orxan Yunusov "Kəpəz"in saytına açıqlama verib: “Şükürlər olsun ki, deyilən vaxtda işləri bitirdik. Bundan sonra “Kəpəz” artıq ev oyunlarını Gəncədə keçirə bilər. Meydan yaxşı vəziyyətdədir, bütün tələblərə cavab verir. Bir müddət öncə şirkətimizin əməkdaşları tərəfindən burada yoxlamalar aparıldı, nəticələr müsbət oldu. Gəncə futbolu, “Kəpəz” üçün xeyrli və uğurlu olsun”.


Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Xəbər xətti