"Atletiko" "Qarabağ"la oyunöncəsi xal itirdi VİDEO

01:11 - 29 Oktyabr 2017

İspaniya La Liqasında 10-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Atletiko” növbəti görüşünü keçirib. “Hindular” “Vilyarreal”ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

 

Madrid təmsilçisi bu matçdan 3 gün sonra “Qarabağ”la qarşılaşacaq.

 

La Liqada turnir cədvəlinə 28 xalla "Barselona" başçılıq edir. 4 xal geri qalan "Valensiya" 2-cidir. "Real" 1 oyun az keçirib və 20 xalla 3-cüdür. "Atletiko" da 20 xal toplayıb və 4cü pillədə məskunlaşıb. "Vilyarreal" 17 xalla 6-cıdır.

 

“Atletiko” – “Vilyarreal” – 1:1
Qollar:
Korrea, 61 - Bakka, 81

 

 

Xəbər xətti