Miçel: "Təsadüfən alındı" MÜSAHİBƏ

12:49 - 1 Noyabr 2017

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə oyundan (1:1) sonra Sportal.az saytına eksküliziv müsahibə verib.
 
Oyunda Ağdam klubunun yeganə qolunun müəllifi olan futbolçu ilk olaraq oyuun haqda danışıb:
 
- Çətin oyun oldu. Çempiolar Liqasının qrupunda 2 xal qazanmaq asan iş deyil. Özü də bu xalları çətin rəqibdən qoparmışıq. Düşünürəm ki, bu, yaxşı nəticədir. Qarşıdakı oyunlarda da yaxşı oynayıb, xal ehtiyatımızı artırmaq istəyirik.
 
- "Xetafe"nin heyətində çıxış edərkən "Atletiko"ya qol vurmuşdun. Ümumiyyətlə, bu, sənin La Liqadakı yeganə qolundu. Maraqlıdır ki, bu dəfə "Qarabağ"ın heyətində "Atletiko"nu cəzalandırdın...

- Təsadüfən alındı. Burada xüsusi bir şey yoxdur. Əsas odur ki, bu qol bizə xal gətirdi. Məncə, 1 xal da pis nəticə deyil. Qələbə də qazana bilərdik, lakin heç-heçə də yaxşı nəticədir.
 
- Pedro Enrikenin 59-cu dəqiqədə meydandan qovulmağı oyuna necə təsir göstərdi?
- Əlbəttə, təsiri oldu. Bu, oyunun bizim üçün yaxşı getdiyi vaxtda baş verdi. Bu da təsirsiz ötüşmədi. Xüsusilə də fiziki cəhətdən yorulduq. Gücümüz tükənmişdi. Lakin komanda sona qədər dözdü. Futbolçular xarakter nümayiş etdirdi.
 
- "Qarabağ"ın qrupda 3-cülük mübarizəsini necə dəyərləndirirsən?
- Bir qədər təmkinli olmaq lazımdır. 2 xalımız var. Çox çətin qrupdayıq. Hədəfə addım-addım getməliyik.

Xəbər xətti