“Duysburq”dan Eratsız qələbə

12:26 - 4 Noyabr 2017

Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə “Sandhauzen”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Eratın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 16 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti