Millimizin 29 yaşlı üzvü U-21-ə göndərildi

Türkiyənin “Bursaspor” klubu milli komandaların oyununa görə çempionatda yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “yaşıl timsahlar” 21 yaşadək futbolçulardan ibarət komandaları ilə qarşılaşıblar. Matç əsas komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Robert Prosineçkinin dönəmində millimizə dəvət alan, daha sonra komandamızdan kənarlaşdırılan Dəniz Yılmaz bu görüşün iştirakçısı olmayıb. Maraqlıdı ki, 29 yaşlı forvard intizamsız davranışlarına görə U-21 komandasına göndərilib və orada da oynamaq şansı qazanmayıb.

 

İddialara görə, mərkəz hücumçusu qışda “Bursaspor”un sıralarını tərk edəcək. Onun xidmətində “Çaykur Rizəspor”un maraqlı olduğu bildirilir.  

Tarix: 12 Noyabr [12:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio