Bu gün DÇ-2018-ə vəsiqə qazanan sonuncu – 32-ci komandanın adı bəlli olub.
Sportal.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Peru ilk oyunda səfərdə 0:0 hesablı heç-heçə etdiyi Yeni Zellandiyanı qəbul edib. Cavab matçında doğma meydanda 2:0 hesabı ilə qalib gələn Peru mundiala vəsiqə qazanan sonuncu yığma olub.
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin hamısı müəyyənləşib. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə, İsveç, Danimarka və Avstraliya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.