"Zirə"də yeni təyinat

17:06 - 16 Noyabr 2017

“Zirə” klubunun yeni mətbuat katibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisində adıçəkilən vəzifəni Elmar Abdullazadə icra edəcək. O, bu postda milli komandalara mətbuat katibi təyin edilən Elman Himayətoğlunu əvəzləyəcək. 

 

Xatırladaq ki, 26 yaşlı Abdullazadə mediada fəaliyyətinə Futbolinfo.az saytında başlayıb. Son iş yeri Futbol11.az saytı olan gənc həmkarımız gələn ilin yanvarın 1-dən yeni işinə başlayacaq. 

Xəbər xətti