Elvinlə Dmitrinin oynadığı matçda "Qarabağ"uduzdu

11:22 - 19 Noyabr 2017

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Amstetten”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Futbolçularımıza gəlincə, hər ikisi start heyətdə meydana çıxıb. Nağıyev 73-də əvəzlənibsə, Bədəlov sonadək oynayıb.

 

Qeyd edək ki, “Karabakh” hazırda 30 xalla 17 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti