Yunis Hüseynov: "Azarkeşlərin istədiyi komandanı yaradacağıq"

“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yunis Hüseynov klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli məşqçi təyinatı ilə bağlı belə danışıb: “Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam. Gəncə və “Kəpəz” mənim üçün çox doğmadır. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridir, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədirlər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətin bir şeydir, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdır. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadırlar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdür. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.

Tarix: 20 Noyabr [13:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio