Futzal: "Araz" və "Neftçi" qələbə qazandı

00:38 - 21 Noyabr 2017

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, çempionatın lideri “Araz” əsas rəqiblərindən olan EKOL-la qarşılaşıb. Üç qolun qeydə alındığı görüşdə ölkə çempionu növbəti qələbəsini qazanaraq, zirvədəki mövqeyini bir qədər də möhkəmləndirib - 2:1.

 

Turun ikinci oyununda “Neftçi” “Yasamal” ilə üz-üzə gəlib. 8 qolluq qarşılaşmada qələbəni “Neftçi” bayram edib - 6:2.

 

Turun son oyunu çempionata gəlişi ilə rəng qatan debütantlar arasında keçirilib. “Marafon Futsal” “FK İD Futsal” ilə dueldən qalib ayrılmağı bacarıb - 6:1.

 

Futzal, Azərbaycan çempionatı
8-ci tur
20 noyabr

 

“Araz” - EKOL - 2:1
Qollar:
M.DSilva, 19. E.Borges, 26 - F.Atakişiyev, 37.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.

 

“Yasamal” - “Neftçi” İK - 2:6
Qollar:
M.Cahandost, 12; 13 (10 metrlik) - R.Balakişiyev, 3; 16; 31; 36. D.Xolerdi, 39. T.İsmayılov, 40.
Qırmızı vərəqə: M. Şahsavari, 34.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.

 

“Marafon Futsal” – “FK İD Futsal” - 6:1
Qollar:
S.Məmmədov, 15; 23; 33; 18. R. Soltanov, 18; 26 - E.İbrahimxəlilov, 17.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.

 

Araz – 19, Marafon Futsal – 15, Neftçi İK – 13, EKOL – 12, FK İD Futsal – 7, Yasamal – 3, Xəmsə - 1.

Xəbər xətti