"Beşiktaş" Portu"ya, "Liverpul" Sevilya"ya qarşı

10:06 - 21 Noyabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək.
 
 
Sportal.az xəbər verir ki, E qrupunda keçiriləcək “Sevilya” – “Liverpul” matçında qalib gələn tərəf 1/8 finala yüksələcək.
 
F qrupunda “Şaxtyor” səfərdə “Napoli”yə uduzmasa, 1/8 finala yüksələcək.
 
Qrupun digər oyununda artıq növbəti mərhələyə vəsiqə qazanmış “Mançester Siti” autsayder “Feyenoord”u qəbul edəcək.
 
G qrupunda keçiriləcək “Beşiktaş” – “Portu” görüşündə İstanbul klubu uduzmasa, 1/8 finala adlayacaq. “Qara qartallar” uduzduğu halda da qrupdan çıxa bilər. Bunun üçün “Leypsiq” “Monako” ilə görüşdə xal itirməlidir.
 
H qrupunda “Real” APOEL-in qonağı olacaq. Madrid klubu məğlub olmasa, mərhələni adlayacaq. Ancaq bunun üçün qrupun digər oyununda “Borussiya” xal itirməlidir.
 
 
21 noyabr
 
Çempionlar Liqası
 
 IV tur
 
 
E qrupu
 
21:00. “Spartak” (Rusiya) - “Maribor” (Sloveniya)
23:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə)
 
1. Liverpul 4 2 2 0 13:3 8
2. Sevilya 4 2 1 1 8:8 7
3. Spartak Moskva 4 1 2 1 8:5 5
4. Maribor 4 0 1 3 1:14 1
 
F qrupu
 
23:45. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya)
23:45. “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
 
1. Mançester Siti 4 4 0 0 12:3 12
2. Şaxtyor Donetsk 4 3 0 1 7:5 9
3. Napoli 4 1 0 3 7:9 3
4. Feyenoord 4 0 0 4 3:12 0
 
G qrupu
 
21:00. “Beşiktaş” (Türkiyə) - “Portu” (Portuqaliya)
23:45. “Monako” (Fransa) - “Leypsiq” (Almaniya)
 
1. Beşiktaş 4 3 1 0 8:3 10
2. Portu 4 2 0 2 9:7 6
3. Leipzig 4 1 1 2 5:8 4
4. Monako 4 0 2 2 3:7 2
 
H qrupu
 
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə)
23:45. APOEL (Kipr) - “Real” (İspaniya)
 
1. Tottenhem 4 3 1 0 10:3 10
2. Real Madrid 4 2 1 1 8:5 7
3. Dortmund 4 0 2 2 4:8 2
4. APOEL 4 0 2 2 2:8 2

Xəbər xətti