Ayxan Abbasov: "Oyun ərzində belə hallar ola bilər"

“Çətin oyun oldu”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Qəsəbə təmsilçisi Topaz Premyer Liqasının XIV turunda “Səbail” üzərində minimal hesablı qələbə qazanıb – 0:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qarabağ”la matçdan sonra oynamaq çətin idi. Heyətimizdə zədəlilər olsa da, toparlana bildik. Bu gün qalib gəlməklə, xal fərqini qoruyub saxlaya bildik. Bundan sonra kubok oyunlarına və növbəti matçlarımıza hazırlaşacağıq”.

 

- “Qəbələ” ilə səfər oyunundan sonra hakimlərlə bağlı problemlə üzləşmişdiniz. Bu gün də hakimlərdən narazı idiniz.

- Oyun ərzində belə hallar ola bilər. Vüqar Mustafayevin epizodunda həqiqətən də qayda pozuntusu yox idi. Düzdü, Vüqar topu kənara vurduqdan sonra hakim ona haqlı sarı vərəqə verdi. Ümumiyyətlə, hakimlər barədə danışmaq istəmirəm. Lakin oyun zamanı insan emosiyalarına əngəl ola bilmir. Matç zamanı hakimlə danışmaq normaldı.

 

- Qış fasiləsi ilə bağlı planlarınız artıq hazırdı, yoxsa “Neftçi” ilə oyunu gözləyiriniz?

- Planımız artıq hazırdı. “Neftçi” ilə oyundan sonra yəqin ki, rəsmi açıqlama verəcəyik. 

Tarix: 3 Dekabr [21:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Aprel 2018
21  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio