"Qəbələ"də yeni müqavilə

14:34 - 16 Dekabr 2017

“Qəbələ”də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Voislav Stankoviçlə yeni müqavilə imzalayıb. Serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.

 

Xatırladaq ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç komandamızın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.

Xəbər xətti