"Lill"in yeni baş məşqçisi müəyyənləşdi

12:51 - 23 Dekabr 2017

Fransa Liqa təmsilçisi "Lill"in yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Marselo Byelsanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Kristof Qalte təyin edilib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Lill" Fransa Liqasında hazırda 19 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti