"Qarabağ"ın legioneri 10 ən yaxşı futbolçu arasında

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı oyunçu "KickOff" nəşrinin açıqladığı siyahıda 6-cı olub. Məqalədə Dino barədə bunlar qeyd edilib: "Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb. Onun Çin klubuna keçmək variantı var".

 

Siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun yarımmüdafiəçisi Persi Tau tutub.

Tarix: 29 Dekabr [19:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Aprel 2018
21  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio