Şotlandiya klubu Hallideyə görə "Qəbələ" ilə danışıqlara başladı

16:22 - 30 Dekabr 2017

Şotlandiyalı futbolçu Endi Hallidey "Qəbələ"dən ayrılmaq niyyətindədi.

 

Sportal.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi qış transfer dönəmində əyalət klubunun sıralarını tərk edə bilər. 

 

Futbolçu müqavilə ilə məxsus olduğu "Reyncers" klubunu qaydacaq. Şotlandiya mətbuatının yaydığı xəbərə görə, artıq Qlazqo təmsilçşisinin rəhbərliyi "Qəbələ" ilə danışıqlara başlayıb. Əgər tərəflər arasında razılıq əldə olunsa, Endinin mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. 

 

Qeyd edək ki, 26 yaşllı yarımmüdafiəçi "Qəbələ"nin heyətində 3 oyun keçirib. 

Xəbər xətti