"Mançester Yunayted" İbrahimoviçsiz qaldı

15:15 - 31 Dekabr 2017

Son zamanlar Premyer Liqada işləri qaydasında getməyən "Mançester Yunayted" itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib. Mütəxəssis bildirib ki, təcrübəli forvard 1 ay oynamayacaq.

 

Qeyd edək ki, İbrahimoviç uzun müddət zədəli qaldıqdan sonra yaşıl meydanlara yenicə dönmüşdü.

 

"Mançester Yunayted" Premyer Liqada 21 turdan sonra 44 xalla 3-cü yerdədir.

Xəbər xətti