"Beşiktaş"ın futbolçusu millimizdə

Yanvarın 10-dan 20-dək Türkiyənin Antalya şəhərində qadınlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesində 25 oyunçu iştirak edəcək: 

 

Sude Topçu (“1207 Antalya Doşəməalti Bələdiyyə Spor”, Türkiyə), Günay İsmayılova (“Beşiktaş”, Türkiyə), Diana Məmmadova (CYSS, Rusiya), Sevinc Cəfərzadə (“Donçanka”, Rusiya), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı “Gənclik”), Nigar Abdulova, Roza Quliyeva, Firəngiz Teymurova (hamısı “Keşlə”), Manə Mollayeva (“Kubanoçka”, Rusiya), Güləmbər Qasımova (“Qəbələ”), Nataliya Rodelqo (“Qranada”, İspaniya), Kamilla Məmmədova, Cəmilə Hüseynova (hər ikisi “Qubek”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Hatice Ozdemir (“Montabaur”, Almaniya), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes”, Qazaxıstan), Lusia Sançez (“Rayo Vallekano”, İspaniya), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Arzu Əliyeva, Aysun Əliyeva (hamısı “Sumqayıt”), Həqiqət Qasımova (“Təhsil”).

Tarix: 5 Yanvar [15:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio