"Kəpəz"in yeni transferi: "Keçmiş formamı bərpa edəcəm və yığmaya dəvət alacam"

10:30 - 10 Yanvar 2018

"Zirə"də oynamaq şansım az idi. Demək olar ki, özümü isbatlaya bilmədim. Agentimlə məsləhətləşdikdən sonra daha çox oynaya biləcəyim komandanı - "Kəpəz"i seçdim".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in yeni transferi Murad Səttarlı deyib. "Zirə"dən Gəncə klubuna keçən vinger başqa təkliflərə fikir vermədiyini və "sarı-göylər"i seçdiyini vurğulayıb:

 

"Sözün düzü, başqa təkliflərə heç fikir vermədim. Bu komandadan təklif aldım və dəyərləndirdim".

 

Səttarlı Robert Prosinençkinin dönəmində millimizə dəvət almışdı və 2016-cı ilin may ayında Andorra ilə yoxlama görüşündə (0:0) yığmada debüt etmişdi. Daha sonra isə milliyə dəvət almayan yarımmüdafiəçi yığma komandaya qayıtmaq hədəflərinin olduğunu dilə gətirib:

 

"Formaya düşəndən sonra bu barədə danışmaq olar. Məncə, hələ keçmiş formamı bərpa etməliyəm. Hazırda Qurban Qurbanov millimizə rəhbərlik edir. Əvvəlki kimi oynamalıyam ki, o, məni milliyə dəvət etsin. İnşallah, inanıram ki, keçmiş formamı bərpa edəcəm və yığmaya dəvət ala biləcəm".

 

25 yaşlı futbolçu "Kəpəz"dəki hədəflərindən danışıb:

 

"Komandaya kömək etmək istəyirəm. Son pillədəyik və bu yerdən qurtulmaq üçün çalışacağıq. Məncə, turnir cədvəlinin "zirzəmisi"ndən xilas olacağıq. "Kəpəz" azarkeşlərinə müraciət edirəm ki, narahat olmasınlar, son pillədən uzaqlaşacağıq".

Xəbər xətti