Azərbaycanda klub axtaran futbolçu azad agent oldu

12:48 - 11 Yanvar 2018

Toqo millisiniin üzvü Dome Vomenin karyerasını Azərbaycanda davam etdirmək variantı var.

 

Sportal.az xəbər ki, Cənubi Afrikanın "Supersport Yunayted" klubu Vome ilə müqaviləni qarşılıqlı şəkildə pozub. 26 yaşlı yarımmüdafiəçi azad agent statusuna yiyələnib.

 

Xatırladaq ki, Vomenin agenti Maykl Nqobeni müştərisi üçün ölkəmizdə klub axtardığını açıqlamışdı. Artıq onu transfer edən klub təzminat ödəmədən onu sıralarına qatacaq.

 

Toqolu vinger mövsümün ilk hissəsini icarə əsasında Cənubi Afrikanın "Orlando Payrets" klubunda keçirib.

 

Əlavə edək ki, Vome 2009-cu ildən Toqonun əsas yığmasına dəvət alır.

Xəbər xətti