Yunis Hüseynov açıqladı: "Kəpəz" azarkeşlərinin sevimlisi geri dönür

16:12 - 13 Yanvar 2018

"Kəpəz" qış transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu sabiq futbolçusu Dario Frederikonu transfer edib. Braziliyalı vinger komandanın Antalyadakı toplanışına qatılacaq və rəsmi müqaviləyə qol çəkəcək. Məlumatı əməkdaşımızla söhbətində "sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov verib.

 

Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu 2015/17-ci illərdə "Kəpəz"dəki çıxışı ilə Gəncə fanatlarının qəlbinə yol tapmışdı. O, ötən il Cənubi Koreyanın II Liqa təmsilçisi "Seongnam"a keçmişdi.

Xəbər xətti