"Kəpəz"in əvəzinə "Binə"

18:56 - 14 Yanvar 2018

“Kəpəz”in “Sabah”la yanvarın 15-də keçirilməli olan yoxlama oyununun ADBTİA stadionunun ot örtüyündə yaranmış problemlə bağlı ləğv olunub. Gəncə klubu birinci divizion təmsilçisi ilə qarşılaşmaq üçün başqa stadion tapmadığından, görüşün keçirilməməsi barədə qərar qəbul edilib.

 

Sportal.az xəbər verir ki, “Sabah” “Kəpəz”in yerinə rəqib tapıb. I Divizion klubu yanvarın 16-da birinci divizionun digər təmsilçisi “Binə” ilə üz-üzə gələcək.

 

Görüş saat 13:00-da, Binə qəsəbə stadionunda keçiriləcək.

Xəbər xətti