Premyer Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

İngiltərənin“Stok Siti” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Pol Lambertlə anlaşıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 48 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Şotlandiyalı mütəxəssis məşqçi karyerası ərzində “Aston Villa”, “Norviç”, “Blekbern”, “Vulverhempton” kimi klublarda çalışıb.

Tarix: 15 Yanvar [19:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio