"Traktor Sazi" evdə uduzdu

18:13 - 18 Yanvar 2018

Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu evdə “Saypa” ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.
 
Şəhərin digər təmsilçisi “Göstəriş Fulad” isə səfərdə “Persepolis” ilə 1:1 hesablı heç-heçə edib.
 
Qeyd edək ki, 20 oyundan sonra hesabında 28 xal olan “Göstəriş Fulad” 8-ci, 21 xala malik “Traktorsazi” isə 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti