AFFA sertifikatlar təqdim etdi

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə “Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs” çərçivəsində keçirilmiş imtahanı müvəffəqiyyətlə verən iştirakçıların təltifetmə mərasimi olub.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə iştirakçılara imtahanın nəticələri ilə bağlı statistik məlumat verilib.
 
Daha sonra  AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev sertifikatları təqdim edib. Keçirilmiş kurs çərçivəsində klub nümayəndələri Lisenziyalaşdırma qrupu tərəfindən hazırlanmış video dərslərlə tanış olmaq imkanı əldə ediblər.
 
Qeyd edək ki, imtahan ötən il dekabrın 18-də keçirilib. İmtahanda iştirak edə bilməyən, eləcə də minimum bal səddini keçə bilməyən iştirakçılar üçün bu il yanvarın 8-də təkrar imtahan təşkil olunub. İmtahanda ümumilikdə 21 nəfər iştirak edib ki, onlardan 5-i təkrar qatılıb. Yekunda bütün iştirakçılar müvəffəqiyyət qazanıb. Üç iştirakçı - Eldəniz Ağayev, Hicran Qasımov və Zöhrab Hacıyev imtahan zamanı yüksək nəticə göstərdiyinə görə (90%-dan yuxarı) fərqlənmə sertifikatı ilə təltif olunub.

Tarix: 23 Yanvar [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio