"Keşlə"də yamaykalı hücumçu

10:25 - 25 Yanvar 2018

“Keşlə” heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az xəbər verir ki, komandanın düşərgəsində olan yamaykalı hücumçu Andre Klennonla müqavilə imzalanıb. Futbolçunun agenti Erkin İbrahimov sosial şəbəkədəki hesabında Klennonla birgə şəklini paylaşaraq, futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlandığını yazıb.

 

Xatırladaq ki, Yamayka millisində 4 oyun keçirmiş 28 yaşlı hücumçunun son komandası Finlandiyanın VPS klubu olub.

Xəbər xətti