"Qarabağ"ın legioneri rəsmən İsveç klubunda

00:35 - 31 Yanvar 2018

"Qarabağ"da növbəti ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan, mövsümün ilk yarısını "Qarabağ"da keçirən Tarik El Yunussi İsveçin AİK klubuyla münasibətlərini rəsmiləşdirib. Onunla 2019-cu ilin sonuna kimi anlaşma imzalanıb. Mərakeş əsilli norveçli vinger yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, qış fasiləsində “Qarabağ” Dino Ndlovunu da Çin klubuna satıb. Elşən Abdullayev isə "Zirə"yə icarəyə verilib.

Xəbər xətti