Cengiz Ünder "Roma"ya qələbə qazandırdı VİDEO

17:48 - 4 Fevral 2018

Italiya A Seriyasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Roma" səfərdə autsayder "Verona"nı 1:0 hesabıyla məğlub edib. "Canavarlar"ın türkiyəli vingeri Cengiz Ünder komandasının qələbə topunun müəllifi olub. Bu, Ünderin paxytaxt klubunun heyətində rəsmi görüşlərdə vurduğu ilk qol olub.

 

A Seriyasının turnir cədvəlinə 57 xalla "Napoli" başçılıq edir. 1 xal geri qalan "Yuventus" 2-cidir. "Latsio" 46 xalla 3-cü, "İnter" 45 xalla 4-cü, "Roma" 44 xalla 4-cü pillənin sahibidir. "Verona" isə 16 xalla 19-cudur.

 

"Verona" 0 - 1 "Roma" 

Qol: Cengiz Ünder, 1

 

 

Xəbər xətti