"Zirə" Makedoniya millisinin üzvünü transfer edir

12:46 - 7 Fevral 2018

Trinidad və Tobaqo milli komandasının üzvü Jomal Evansı icarəyə götürən “Zirə” xarici bazarda transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “Zirə” bundan sonra daha iki legionerlə güclənəcək ki, onlardan birinin adı artıq məlumdur. Söhbət Makedoniya milli komandasının üzvü Yani Urdinovdan gedir.

 

Bu gün saat 20:00-da Azərbaycanda olacaq Urdinov sabah səhər tibbi müayinədən keçəcək. Son anda hər hansı bir problem çıxmasa, oyunçu  Çexiyanın "Bohemians" klubundan 6 aylıq icarəyə götürüləcək.

 

Məlumatı “Zirə”nin baş məşqçisi Ayxan Abbasov da təsdiqləyib 

 

Qeyd edək ki, Yani Urdinov karyerası ərzində Makedoniyanın "Rabotniçki", "Şkendiya", Albaniyanın "Flamurtari", Hollandiyanın "Roda", Litvanın "Ekranas", Bosniya və Herseqovinanın "Jelezniçar", Polşanın "Vizdev" və Çexiyanın "Vısoçina" klublarında da çıxış edib.  O, ampluaca sol cinah müdafiəçisidir.(Futbol11.az)

Xəbər xətti