"Neftçi"nin 5 futzalçısında xəstəlik aşkarlandı, oyun təxirə salındı

18:18 - 12 Fevral 2018

Futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna “Neftçi”nin 5 futzalçısının səhhətində problem yaranması səbəb göstərilir.

 

Belə ki, bu gün müayinədən keçən komandanın üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib. Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. 

 

Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.

 

Yüksək Liqa
15-ci tur

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30

 

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Xəbər xətti