"Qəbələ" və "Sumqayıt" qalib gəldi

19:39 - 18 Fevral 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Sumqayıt” doğma meydanda “Neftçi”yə minimal hesabla qalib gəlib - 1:0. “Qəbələ” isə “Zirə”ni 4 cavabsız qolla yenib.

 

Əvəzedicilərin çempionatı, 16-cı tur

18 fevral

 

"Sumqayıt" - "Neftçi" 1:0
Qol:
Elvin Nəsibov, 8.

 

"Qəbələ" - "Zirə" 4:0
Qollar:
Yusif Nəbiyev, 8. Hacıağa Hacılı, 20. Kamran Quliyev, 30. Əli Səmədov, 78.

Xəbər xətti