Dava düşdü, 9 futbolçu qırmızı vərəqə aldı, oyun təxirə salındı VİDEO

14:50 - 19 Fevral 2018

Braziliya çempionatı çərçivəsində baş tutan "Vitoria" - "Bahia" oyununda futbolçular arasında kütləvi dava düşüb.

 

Sportal.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində "Bahia"nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub.  Qoldan dərhal sonra hər iki komandanın oyunçuları kəllə-kəlləyə gəlib.  

 

Belə ki, "Bahia"nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi "Vitoria"nın futbolçularını əsəbiləşdirib.  Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi "Vitoria"nın 3, "Bahia"nın 4 futbolçusuna qırmızı vərəqə göstərib. Oyunun  davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb. 

 

Qeyd edək ki, Braziliyada tez-tez belə hadisələr yaşanır.  

Xəbər xətti