Təxirə salınmış oyunda "Real" qalib gəldi VİDEO

00:49 - 22 Fevral 2018

İspaniya La Liqasında 16-cı turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, Madrid “Real”ı səfərdə “Leqanes”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun "kral klubu"nun inamlı qələbəsi ilə başa çatıb - 3:1.

 

La Liqada turnir cədvəlinə 62 xalla "Barselona" başçılıq edir. "Atletiko" 55 xalla 2-ci, "Real" 48 xalla 3-cü, "Valensiya" 56 xalla 4-cüdür.

 

İspaniya La Liqası, 16-cı turun oyunu

21 fevral

 

"Leqanes" – "Real" 1:3

Qollar: Bustinsa, 6 – Vaskes, 11. Kazemiro, 29. Ramos, 90-pen.

 

 

Xəbər xətti