Stankoviç: "Bu gün öz səviyyəmizdə oynamadıq" MÜSAHİBƏ

19:46 - 24 Fevral 2018

Topaz Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzdu.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç jurnalistlərin suallarını cavablandırıb:
 
- “Səbail” öz oyununu inkişaf etdirib. Fikrimcə, bu gün öz səviyyəmizdə oynamadıq. Niyə belə oldu? Bunu analiz etməliyik və səhvlərimiz üzərində çalışmalıyıq.
 
- Çempionluq şanslarını necə dəyərləndirirsən?
- Əlbəttə, şans azdır. Nə deyə bilərəm? 
 
- İnanırsız ki, “Qarabağ” xal itirəcək?
- Çalışacağıq ki, sona qədər mübarizə aparaq. Nə olar, olar.
 
- “Qarabağ”la oyundan (0:0) sonra Cavid Hüseynov bildirmişdi ki, istəksiz olduğumuz üçün qalib gəlmədik. Bu barədə söhbət olub?
- Deyə bilmərəm ki, futbolçularda istək yoxdur. Sadəcə, istədiyimizi reallaşdıra bilmədik. Rəqib yaxşı komanda idi.
 
- Komanda mövsümü titulla başa vurmaq üçün ölkə kubokunu qazanmalıdır. Bunu bacar bilərsiz?
- Yarımfinalda “Neftçi” ilə iki çətin oyun olacaq. Kubokun finalına yüksəlsək, çalışacağıq ki, qalib gələk.

Xəbər xətti